Dünya ulduzlarını geyindirən azərbaycanlı dizayner - FOTOLAR

Dünya ulduzlarını geyindirən azərbaycanlı dizayner - FOTOLAR

“Afffair” - “Contemporary Classic” ilhamından doğan qlobal baxış və toxunuşa malik beynəlxalq moda brendidir.


Sfera.az-ın məlumatına görə, brend Şərqlə Qərbin kəsişməsində -  ilham qaynağı olan kosmopolit şəhər İstanbulda yerləşir.  “Afffair”in yaradıcısı isə azərbaycanlı dizayner Rüfət İsmayıldır. 


Beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl, ilk Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilib.


2 fevral 1981-ci ildə, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olan R.İsmayıl 19 yaşında Niderlandın Amsterdam şəhərinə köçüb və  gənc yaşlarında Valentin Yudaşkin, Pak Roban və bir çox məşhur dizaynerlərlə çalışmağa başlayıb. Yeniyetməlik illərində moda evlərində modellik etməyə başlayan Rüfət,  2000-ci ildə Azərbaycanın "Ən Yaxşı Modeli" adına layiq görülüb. O, 2014-cü ildə öz brendini yaratmaq qərarına gəlib,  Milanda "Afffair.fff" kişi kolleksiyasını hazırlayıb.  

 


Rüfət İsmayıl Türkiyənin İstanbul şəhərində yaşayır - Türkiyənin "ən yaxşı dizayneri" adına layiq görülüb. Onun kolleksiyası "Pitti Uomo" sərgisində də təqdim olunub. 2019-cu ildə Rumıniyanın "Fashion TV" kanalı onu Avropanın ən yaxşı dizayneri hesab edib. Onun yaratdığı moda kolleksiyaları dünyanın aparıcı moda nəşrlərində, o cümlədən İtaliyanın "Vogue" jurnalında yer alıb. 2019-cu ildə "Men's Health" kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşüb. Həmin ilin fevralında dizaynerin "Kəpənək Effekti" adlı kolleksiyası Nyu-Yorkda nümayiş olunub, həmçinin Nyu York Moda Həftəsində özünün "Afffair Khari Bulbul flower" kolleksiyasını təqdim edib. Həmin ilin sentyabrında türkiyəli aktrisa Nəbahat Çehrə ilə yeni kolleksiyasını nümayiş etdirib. 


Onun "AFFFAİR" brendinin 2020–2021-ci il payız/qış mövsümünə aid kolleksiyası Parisdə moda həftəsində təqdim edilib. Koronavirus təhlükəsinə görə Dubayda "Fashion Forward" moda həftəsində Rüfət İsmayılın kolleksiyası rəqəmsal formatda təqdim olunub. 10–15 aprel tarixlərində isə Londonda təqdimatı baş tutub. 2021-ci ilin oktyabrında onun Azərbaycan xalçalarına, Azərbaycan mədəniyyətinə və İkinci Qarabağ müharibəsindəki qələbəmizə həsr etdiyi "Sumax" adlanan "Haute Couture" kolleksiyası Parisdə təqdim edilib. "Sumax" kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.


Rüfət İsmayılovun ulduz alıcıları arasında Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande, Lil Kim, Cordana Hyuston, Alan Tapiqliana, Aşanti, Dua Lipa, Loren Xureqi, Kristina Agilera və başqalarını var.

Türkan  
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...