Daha iki ölkədə meymunçiçəyi virusu aşkarlandı
Meymunçiçəyi virusu daha 2 ölkədə aşkarlanıb.
Sfera.az bildirir ki, Çexiya və Sloveniyada virusa yoluxma halları qeydə alınıb.
Səlahiyyətlilər istənilən epidemiya ilə mübarizəyə tam hazır olduqlarını və xəstəliyin aşkarlanması üçün erkən müşahidə protokollarının qüvvəyə mindiyini vurğulayıblar.
Digər tərəfdən, bundan öncə Avropa, Avstraliya və Amerikada - ümumilikdə 18 ölkədə rast gəlinən virusa yoluxma hallarının artacağı gözlənilsə də, ekspertlər onun yayılma riskinin az olduğunu bildiriblər.
ÜST-ün Qlobal Yoluxucu Təhlükələrə Hazırlıq üzrə Direktoru Silvi Briand ölkələri virusla bağlı nəzarəti artırmağa çağırıb.
Qeyd edək ki, indiyədək Afrikadan kənarda meymunçiçəyinə 237 yoluxma faktı qeydə alınıb.
Günay Rəsulqızı
Sfera.az