Xamyaklar üzərində aparılan təcrübələr alimləri şoka saldı: "Bunu gözləmirdik" 

Xamyaklar üzərində aparılan təcrübələr alimləri şoka saldı:

ABŞ alimlərinin xamyaklar  üzərində apardıqları araşdırma maraqlı nəticələr verib.


Sfera.az bildirir ki, bu şirin heyvanlar gen redaktə texnologiyası ilə aparılan təcrübələrdən sonra aqressiv olublar.


Corciya Dövlət Universitetindən olan nevroloqlar qrupu xamyaklar üzərində istənilən orqanizmin DNT fraqmentlərini hədəfə alan və dəyişdirə bilən CRISPR texnologiyasından istifadə edib. Tədqiqatda Suriya xamyaklarından istifadə edilib. Komanda bu heyvanların sosial davranışın öyrənilməsi üçün güclü bir model təmin etdiyini söyləyib, çünki onların sosial quruluşu siçanlarda müşahidə ediləndən daha çox insanlara bənzəyir.


Təcrübələrin məqsədi həm insanlarda, həm də xamyaklarda aqressiya, ünsiyyət və sosial əlaqə ilə bağlı bir hormon olan vazopressin reseptorunu araşdırmaq olub.
PNAS elmi jurnalında dərc edilən məlumata görə, bu reseptorun söndürülməsi gəmiricilərin pis instinktlərini gücləndirib.


Kiberalimlər xamyaklarda aqressivliyi azaltmaq cəhdlərinin onları həm daha aqressiv, həm də daha sosial etdiyini görəndə təəccübləniblər:


"Nəticələr bizi həqiqətən təəccübləndirdi. Düşünürdük ki, vazopressin fəaliyyətini ləğv etsək, həm aqressivliyi, həm də sosial ünsiyyəti azaldacağıq. Amma bunun əksi baş verdi", - tədqiqatın müəlliflərindən H.Elliott Albers deyib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda orta sərhədkeçmə müddəti26 dəqiqəyə endirildi

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılımış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində ...

Ötən ay xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanındı

Oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmı...

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:   Bu barədə Sfera.az-a Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Ab...