Rusiyada xarici xəbər agentlikləri bağlanacaq - QƏRAR

Rusiyada xarici xəbər agentlikləri bağlanacaq - QƏRAR

Rusiyada xarici xəbər agentlikləri bağlanacaq.


Sfera.az bildirir ki, bu barədə Dövlət Dumasının alt palatası qərar qəbul edib. 


Belə ki, Rusiyada xarici xəbər agentlikləri tərəfindən “düşmənçilik”  nümayiş etdirildiyi halda,  prokurorlara onların ofislərini bağlamaq səlahiyyəti verən qanun təsdiqlənib. Qanun layihəsinə əsasən, bağlanan xarici xəbər qurumlarının jurnalistlərinin akkreditasiyası da ləğv ediləcək. Duma deputatları bununla bağlı, "Mövcud geosiyasi vəziyyətdə KİV cəmiyyətin bilik statusuna təsir alətinə çevrilib", -  deyə bildiriblər.


Rusiyalı deputat Andrey Luqovoy təsdiq edilən qanun layihəsi ilə bağlı bunları deyib:  


“Qərb dövlətlərinin Rusiya mediasına qarşı hərəkətlərinə eyni şəkildə cavab verə biləcəyik. Son 2 ayda bu dövlətlərdə yayımlanan Rusiya KİV-lərinin qeyri-qanuni və qəti şəkildə sağlam düşüncəyə zidd olaraq dayandırıldığını müşahidə edə bilərik”. 


Luqoyov onu da xatırladıb ki, qanun layihəsinə əsasən, baş prokuror və onun müavinlərinin həmin KİV-lərin yayım lisenziyasını ləğv etmək və ya onlara xitam vermək hüququ var.


Dumada birinci oxunuşda qəbul edilən qanun layihəsi, həmçinin prokurorluq tərəfindən bağlanmış xəbər agentliklərinin məqalə və ya digər materialların yaymasını da qadağan edir. Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası təsdiq etməli, sonra isə Rusiya prezidenti Vladimir Putin imzalamalıdır.


Xatırladaq ki, ötən ilin martında Putin Rusiya hərbçiləri haqqında qəsdən “saxta” xəbərlər yayanlara 15 ilə qədər həbs cəzası verən qanun imzalamışdı.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ötən ay xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanındı

Oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmı...

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:   Bu barədə Sfera.az-a Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Ab...

Bu yolda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   ...