Handə ilə Kaanın lüks tətili: 270 min xərclədilər
Maqazin
17:35 / 24.05.2022
276
Məşhur cütlük Handə Erçel və Kaan Yıldırım gözlərdən uzaq istirahət etmək üçün Marmarisə üz tutublar.
Sfera.az bildirir ki, ikili jurnalistlərə yaxalanmamaq üçün üç günlük tətillərinə 270 min lirə ödəyərək lüks oteldə qalıblar. Lakin məşhurların burada çəkilən fotoları sosial mediaya sızıb. İddialara görə, bundan xəbərdar olan Kaan Yıldırım əsəbiləşərək otelin rəhbərliyi ilə mübahisə yaşayıb.
Yıldırım, “biz gözlərdən uzaq olmaq üçün bura gəldik, amma görüntülərimiz hər yerdədir” deyərək əməkdaşları tənqid edib. Məşhur aktyor fotoların kim tərəfindən çəkildiyinin araşdırılmasını istəyib. Kaanın bu davranışı oteldəki digər müştərilərin reaksiyasına səbəb olsa da, şəkillərin kimin çəkdiyi məlum olmayıb.
Türkan
Sfera.az