Baxçalı yeni təhlükəsizlik alyansının anonsunu verdi: "Türkiyə NATO-dan çıxa bilər"

Baxçalı yeni təhlükəsizlik alyansının anonsunu verdi:

“Türkiyənin NATO-dan çıxması gündəmdə olmalıdır”.


Sfera.az bildirir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. O, Türkiyənin müstəmləkə ölkəsi olmayacağını vurğulayıb:


“Heç kim Türkiyəni təhdid etməyə cəhd etməməlidir. İsveç hökuməti terrora maliyyə vəsaiti ayırıb, yaralı satqınları müalicə edib, hətta baş nazir də terrorun yayılmasında iştirak edib. Türk milləti bu rəzalətə necə razılıq verəcək? Onlar bizi saymadıqca, biz daha çox var olacağıq”.


Baxçalı bildirib ki, NATO daxilində PKK/YPG terror təşkilatının arxasında duran dövlətlər var:


“Biz NATO ilə var olmadıq, onsuz da yox olmarıq. Türkiyəyə NATO-nun şərqdəki forpostu kimi yanaşılıb. İsveçi də, Finlandiyanı da götürüb istədikləri kimi istifadə etsinlər. Baş verənlər başqa variant buraxmasa, yeni təhlükəsizlik alyansının yaradılması mümkündür. Bəlkə də ən doğrusu budur”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:   Bu barədə Sfera.az-a Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Ab...

Bu yolda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   ...

"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olundu

İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klublarının sabiq yarımmüdafiəçisi, hazırda Çilinin “Kolo-Kolo” klubunda çı...