Müəllimlik ixtisasına qəbul dayandırıla bilərmi? – AÇIQLAMA

Müəllimlik ixtisasına qəbul dayandırıla bilərmi? – AÇIQLAMA

Müəlllimlərin işlə təmin olunması məsələsi dövrün aktual problemlərindən biri olaraq qalmaqdadır. Görünən odur ki, MİQ imtahanları da bu xüsusda tam yetərli deyil.


Maraqlıdır, müəyyən müddətə müəllimlik ixtisasına qəbul dayandırıla və yenidən bərpa ola bilərmi? 


Mövzu ilə bağlı Sfera.az-a danışan millət vəkili Ceyhun Məmmədov qarşıdakı zaman ərzində problemlərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq addımların atılacağını deyib:


“Hesab edirəm ki, müəllimlərin işə qəbulu ilə bağlı ən düzgün yollardan biri MİQ imtahanlarıdır. Ona görə də bu istiqamətdə dövlət davamlı olaraq müxtəlif addımlar atır. Tez-tez müəllimlərin siyashına baxılır, onların fəaliyyəti qiymətləndirilir. Hesab edirəm ki, müəllimlik ixtisasına qəbulun dayandırılması doğru yanaşma deyil. Gələcəkdə təkrar olaraq ixtisaslar məsələsinə baxa, tələb-təklif məsələsini müzakirə edə bilərik. Məsələn, “hər il bizə nə qədər müəllim lazımdır, nə qədər müəllim işə qəbul edirik və bu ixtisas üzrə neçə nəfər ali məktəbə daxil olur” sualları ətrafında müzakirələr təşkil edə bilərik. Biz çalışmalıyıq ki, müəllimlik peşəsinə marağı artıraq və gənclərimiz müəllim kimi formalaşıb, yetişə bilsin. Ümumiyyətlə, bu istiqamətlər üzrə Təhsil Nazirliyində də müəyyən addımlar atılır, qaydalar müəyyənləşdirilir, müəllimlər işə qəbul edilir. Düşünürəm ki, qarşıdakı illərdə bu istiqamətdə daha çox yeniliklərə şahid olacağıq”.


Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə müəllimlik üzrə ciddi kadr çatışmazlığının olduğunu bildirib:


“Hazırda 4472 orta məktəbdə 151 min müəllim çalışır. Lakin hər il 65 yaş və digər səbəblərə görə, orta məktəblərdən müəyyən qədər müəllim çıxır. Eyni zamanda birinci siniflərə qəbulda sayın artması əlavə müəllimlərə ehtiyac yaradır.


İstər Bakıda, istərsə də bölgələrdə rus bölməsi üzrə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur. Hətta Lerik, Yardımlı, Quba, Qusar, Xaçmaz və Şamaxının kənd məktəblərində xarici dil fənni üzrə müəllim çatışmazlığı illərdir davam edir.


Kənd məktəblərində  dərs saatı 8 saatdır, üstəlik, ucqar kəndlərdə işləməyə gedənlər əsasən gənclərdir, onların isə iş stajı azdır. Müəllimin maaşı isə saat və staja uyğun hesablanır. Hesab edirəm ki, regionlarda müəllim çatışmazlığını aradan qaldırmaq, yüksək bal toplayan gənc müəllimləri regionlara cəlb etmək üçün bölgələrdə çalışan müəllimləri kommunal xərclərdən azad etmək, cəbhəyanı ərazilərdə işləməyə gedənlərə isə əmək haqqını iki qat vermək lazımdır”.


Ekspert MİQ imtahanları ilə bağlı dəyişikliyin olmasını və bəzi şəxslərin vakansiya seçiminə buraxılmamalı olduğunu deyib:


“Builki MİQ imtahanın iyul  ayında olması gözlənilir.Yaxşı olar ki, vakant yerlər MİQ imtahanı başlamamış elan olunsun ki, bəlkə iştirakçılara uyğun olmayan yerlər olacaq, bir də onlar vaxt itirib imtahan verməsinlər. Bundan başqa vakant yer seçib, qəbul olub getməyənlər 2 il ərzində vakansiya seçiminə buraxılmamalıdır. Müddətsiz, daimi işləyənlərə 2-ci iş yeri vakansiyası seçimi imkanı verilməlidir. Ola bilər ki, bunu sosial faktora görə edilir, amma bəzi hallarda 2-ci iş yerinə gedənlər gedib direktorla danışır, dərs yazılır müəllim dərsə getmir və maaş bölünür. Müəllim maaş alır amma dərs keçirilmir. Növbəti il üçün MİQ proqramı nəşr olunsun konkret ədəbiyyat siyahısı elan olunsun”.

Əzizə Zeynal
Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

Ötən ay xaricdə təhsil alan 540 azərbaycanlının diplomu tanındı

Oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmı...

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:   Bu barədə Sfera.az-a Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Ab...

Bu yolda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   ...