Türkiyə bu ölkədə hərbi əməliyyatlara başlamağa hazırlaşır - AÇIQLAMA

Türkiyə bu ölkədə hərbi əməliyyatlara başlamağa hazırlaşır - AÇIQLAMA

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında yeni hərbi əməliyyatlara hazırlaşdığını bildirib. O, Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını bir daha təkrarlayıb. 

 

Maraqlıdır, indiki məqamda Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyata başlamasına səbəb nədir?  

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Türkiyənin Dumlupınar Universitetinin  beynəlxalq münasibətlər üzrə professoru Hüsamettin İnaç deyib ki, Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyata başlaması mümkündür və bunun hüquqi əsasları da var:


“Bildiyiniz kimi, 2019-cu ilin noyabr ayında Türkiyə Silahlı Qüvvələrinin Suriyada başladığı "Sülh çeşməsi" əməliyyatı 9-cu günündə həm ABŞ, həm də Rusiyanın təzyiqləri ilə yarımçıq qaldı. Vaşinqton və Moskva ilə əldə edilən razılığa görə Türkiyə sərhədlərindən 30 kilometr dərinliyə qədər bütün sərhəd boyu ərazilərdə PKK/YPG terrorçuları geri çəkilməli idi. Lakin biz görürük razılaşmanın imzalanmasından 3 ildən artıq bir müddət keçməsinə baxmayaraq nə Rusiya, nə də ABŞ verdiyi sözü tutmayıb. Əksinə, bu gün Suriyanın şimal-şərqində kürd dövlətinin yaradılması istiqamətində işlər görülür. Türkiyə ilk növbədə bu səbəbdən Suriyanın şimalında hərbi əməliyyata başlaya bilər. 

 

Digər tərəfdən, Türkiyə BMT nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq Suriyanın şimalında hərbi əməliyyata başlaya bilər. Nizamnamənin 51-ci maddəsində açıqca göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən an hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin özünümüdafiə hüququ var.

 

Nəzərə alsaq ki, bu gün Suriyada mərkəzi bir hakimiyyət yoxdur, dövlətin fərqli ərazilərində terrorçu təşkilatlar formalaşıb, eyni zamanda bu terrorçu təşkilatlar Türkiyəyə potensial təhdiddir deyə bilərəm ki,  hərbi əməliyyatların başlanması üçün hüquqi əsas var”.  

 

Professorun sözlərinə görə, ABŞ və Rusiyanın Suriyadakı mövqelərinin zəifləməsi Türkiyə üçün tarixi bir fürsət yaradıb:

 

“Dünya geosiyasətində dəyişən balanslar, Rusiyanın Ukrayna ilə müharibədə bataqlığa ilişməsi, ABŞ-ın başının uzaq şərqdə Tayvan məsələsinə qarışması, Türkiyənin Suriyadakı əl-qolunu açdı. Regiondakı anarxiya və xaosa tək nizam gətirəcək ölkə Türkiyədir. Bu mənada Türkiyənin Suriyanın şimalında başladacağı yeni hərbi əməliyyat həm də Yaxın Şərqin siyasi sabitliyi baxımından önəmlidir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:   Bu barədə Sfera.az-a Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Ab...

Bu yolda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   ...

"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olundu

İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klublarının sabiq yarımmüdafiəçisi, hazırda Çilinin “Kolo-Kolo” klubunda çı...