"Karantində əyləncə" qalmaqalı: Boris Consonun FOTOLARı mətbuata sızdı

İngiltərənin baş naziri Boris Consonun son fotoları ölkədə səs-küy yaradıb.


Sfera.az bildirir ki, koronavirus məhdudiyyətləri zamanı baş nazirlikdə keçirilən əyləncələrlə bağlı müzakirələr davam edərkən, Consonun orada çəkilmiş bəzi şəkilləri mətbuata sızıb. 

Britaniyanın ITV telekanalı tərəfindən yayımlanan dörd fotoşəkildə baş nazir Dauninq-stritdəki ofisində keçirilən tədbirdə tost deyərkən görüntülənib. Telekanal yayımlanan fotoşəkillərin 13 Noyabr 2020-ci ildə Baş Nazirin Kommunikasiya Direktoru Li Keynin vida mərasimində çəkildiyini bildirib. Bu vəziyyət müxalifət partiyalarının reaksiyası ilə qarşılanıb və məsələ dünya mətbuatının manşetinə çevrilib. 

“The Guardian”, Consonun parlamentə yalan söyləməsi istiqamətində yeni bir iddia ilə üzləşdiyini, London Metropolitan Polis Xidmətinin (Met)  isə Baş naziri cəzalandırmadığı üçün təzyiq altında olduğunu yazıb.

“The Times” qəzeti  yeni dərc olunan foto ilə bağlı Uest və Consonun dialoqunu oxucuları ilə paylaşıb. 

“The Daily Telegraph”, Met-in Consona qarşı hər hansı cinayət sanksiyaları tətbiq etməməsinin mübahisələrə səbəb olduğunu qeyd edib. Qəzetə danışan anonim mənbə, Borisdən fərqli olaraq, əyləncələrə qatılan digər insanların cəzalandırıldığını bildirib  və qurumun işini "fiasko" adlandırıb. 

"I News" qəzeti sözügedən fotoların naziri hədəflədiyini və hadisəyə Consonun partiyasındakıların da reaksiya verəcəyini yazıb.

Öz növbəsində “Metro, “Daily Mirror”, “The Sun”, “Daily Express” kimi məşhur mətbuat orqanları da İngiltərə baş nazirinin davranışı barədə yazılar dərc ediblər.

Qeyd edək ki, London Metropolitan Polis Xidməti mayın 20-də içkili əyləncələrlə  bağlı araşdırmasını tamamlayıb və səkkiz fərqli tarixdə keçirilən tədbirlər çərçivəsində 83 nəfərə ümumilikdə 126 cərimə tətbiq edildiyini açıqlayıb. Bununla belə, Baş Nazirlik ofisi istintaq nəticəsində Consonun yeni cəzalar almayacağını bildirib. Ötən həftələrdə baş nazirin  məclislərə getdiyini əks etdirən yeni fotoların yayılması da ona qarşı siyasi təzyiqləri artırıb. 

Baş nazir Boris Conson 2020-ci ilin iyun ayında iqamətgahında həyat yoldaşı Kerri Conson və maliyyə naziri Rişi Sunak ilə birlikdə onun üçün keçirilən ad günü şənliyində iştirak etdiyinə və karantin qaydalarını pozduğuna görə polis tərəfindən cərimələnib. Conson daha sonra verdiyi açıqlamada əyləncədə  25 dəqiqə iştirak etdiyini təsdiqləsə də, "bunun bir iş tədbiri olduğunu düşünərək" ora qatıldığını söyləyib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndə...

FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi - 17 nəfər saxlanıldı

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i mə...

DİN vakansiya elan etdi - Lazım olan SƏNƏDLƏR

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarı...

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək:   Bu barədə Sfera.az-a Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Ab...

Bu yolda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   ...

"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olundu

İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klublarının sabiq yarımmüdafiəçisi, hazırda Çilinin “Kolo-Kolo” klubunda çı...