Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi - Bir cinayətin TƏFƏRRÜATI

Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi - Bir cinayətin TƏFƏRRÜATI

Ötən il mayın 30-dan 31-nə keçən gecə Bakının Sabunçu rayonunda 31 yaşlı Türkan Cəbrayılovanın (ad və soyad şərtidir) qətlə yetirilməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1993-cü il təvəllüdlü Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq 181.3.3 - zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla) maddələri ilə təqsirləndirilib.

İstintaq zamanı məlum olub ki, “Atef” şirkətlər qrupunda anbardar vəzifəsində işləmiş Eynur Türkanla sosial şəbəkə vasitəsilə hadisədən təxminən altı ay əvvəl tanış olub. Daha əvvəl ailəli olmuş və həyat yoldaşından boşanmış qadın Eynurla bir neçə dəfə tək yaşadığı mənzildə görüşüb.

Mayın 30-da onlar növbəti dəfə görüşərkən Eynur Türkanın 14 min manatdan artıq pulunun olduğunu öyrənib. Həmin pulları ələ keçirmək məqsədilə o, qadını öldürmək qərarına gəlib. Gecə saatlarında 31 yaşlı Türkan Ucarda yaşayan bacısı ilə telefonda danışarkən Eynur Əlizadə ona hücum edərək naqillə boğmağa başlayıb.

Məhkəmədə şahid qismində dindirilən mərhum T.Cəbrayılovanın bacısı telefonda onun qışqırıq və xırıltı səsini eşitdiyini deyib:

“Bacımla telefonda danışarkən yanından kişi səsinin gəldiyini eşitdim. Türkan ondan koronavirus xəstəsinin küçəyə çıxa bilib-bilməyəcəyini soruşdu. O da: “Bəli, koronavirus xəstəsi evdən kənara çıxa bilməz”, - dedi. Bu zaman anidən telefondan bacımın qışqırıq səsi gəlməyə başladı. Sanki kimsə onu boğurdu. Lakin qısa müddət sonra bacımın səsi kəsildi və xırıltı səsləri gəlməyə başladı. Səsdən anladım ki, bacımın başına nəsə gəlib. Dərhal DİN-in “102” Xidmətinə zəng edərək bu barədə məlumat verdim, daha sonra isə qardaşıma dedim. Qardaşım dərhal Bakıya getdi və öyrəndik ki, Türkanı öldürüblər”.

Məhkəmə prosesində məlum olub ki, E.Əlizadə Türkanı qətlə yetirdikdən dərhal sonra Bakıxanov qəsəbəsindəki evdən 14700 manat pulu və onun telefonunu götürərək çıxıb. Hadisədən sonra Aygün (şərti adlı) adlı sevgilisinə zəng edərək ona kirayə avtomobil götürərək “Koroğlu” stansiyasının yanına gəlməsini bildirib və taksi ilə həmin qadına 1000 manat göndərib.

Aygün “Rent a car”dan avtomobil kirayəyə götürərək həmin yerə gəlib və onlar birlikdə Şamaxı rayonuna istirahətə gediblər. Mayın 31-dən iyunun 2-dək Şamaxıda və İsmayıllıda hotellərdə istirahət edən cütlük daha sonra Bakıya qayıdıb. Şamaxıda olarkən Eynur Aygünə 660 manat dəyərində qızıl-zinət əşyaları da hədiyyə alıb.

Bakıya qayıtdıqdan sonra polis Eynurun yerini müəyyən edərək onu saxlayıb və istintaqa təhvil verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may tarixli hökmü ilə Eynur Əlizadə yuxarıda qeyd edilən maddələrlə təqsirli bilinib. Ona 18 il həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...