Kapalıçarşıda silahlı insident: Biri polis olmaqla altı nəfər yaralandı - VİDEO

Kapalıçarşıda silahlı insident: Biri polis olmaqla altı nəfər yaralandı - VİDEO

İstanbulun Fatih Beyazıt rayonunda iki düşmən qrup arasında silahlı qarşıdurma baş verib. Hadisəyə polis qrupları müdaxilə ediblər. 

 

Əldə edilən məlumata görə, hadisə saat 10:00 radələrində Çadırcılar prospektində, Fatih Beyazıt Kapalıçarşısının (örtülü bazar - red.) girişində baş verib.

 

Bir-birinə düşmənçilik edən iki mağaza sahibi arasında silahlı qarşıdurma yaranıb. Hadisə yerinə sövq edilən polis qrupları hadisəyə müdaxilə ediblər.

 

İnsident nəticəsində biri polis əməkdaşı olmaqla altı nəfər yaralanıb. Sağlamlıq qrupları yaralılara müdaxilə ediblər və yaralılar xəstəxanaya aparılıblar. Polis qrupları isə bölgədə geniş təhlükəsizlik tədbirləri alıblar.

 

Hadisə şahidlərindən biri hadisəni şərh edib: “Dükanı açırdıq. Birdən səslər gəlməyə başladı. Ola bilsin, 100 silahdan atəş açıldı. Bir yükdaşıyanın vurulduğunu gördük. Onu təcili taksi ilə apardılar”.

 

Xəstəxanaya aparılan yaralı polisin həyati təhlükəsinin olmadığı, digər iki nəfərin isə vəziyyətlərinin ağır olduğu öyrənilib. Davada əli olduğu müəyyən edilən 23 nəfər də saxlanılıb. Şübhəlilər nəzarətə götürülüblər.

 


OXŞAR XƏBƏRLƏR

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...