"Mövcud vəziyyət Birinci Dünya müharibəsindən öncəki durumu xatırladır" - ABŞ Rusiya və Çinlə toqquşacaq?

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley böyük dövlətlər arasında münaqişə ehtimalının artdığını bildirib.


“ABŞ Rusiya və Çinlə toqquşa bilər” deyən amerikalı general Moskva və Pekinin oyun qaydalarını dəyişməyə çalışdığını vurğulayıb. Mark Milley ABŞ-ın qeyri-sabit dünya ilə üz-üzə qaldığı və beynəlxalq aləmdə sabitliyin getdikcə pozulduğu qənaətindədir.


Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, sözügedən generalın böyük dövlətlərin toqquşma ehtimalının yüksək olduğunu deməsi ilk dəfə deyil. Ekspert xatırladıb ki, o, aprel ayında verdiyi açıqlamada ölkəsinin Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilənin qarşısını almaqda aciz qaldığını etiraf etmişdi:


“Amerikalı general ölkəsinin prosesə müdaxiləsi halında Rusiya ilə toqquşacağını söyləmişdi. Mark Milley Ukraynadakı müharibənin illər sürəcəyi ehtimalını da irəli sürüb. Bu isə o deməkdir ki, ABŞ-la Rusiyanın toqquşması ehtimalı getdikcə artacaq. Mark Milley proqnozlarında haqlıdır. Mövcud vəziyyət Birinci Dünya müharibəsindən öncəki durumu xatırladır. O zaman da böyük dövlətlər arasındakı münasibətlərdə gərginlik var idi, kiçik qığılcım böyük müharibənin başlamasına rəvac verdi və milyonlarla insan həlak oldu. Amerikanın Rusiya və Çinlə münasibətləri getdikcə gərginləşirsə, Birinci Dünya müharibəsi öncəki dövrdə olduğu kimi kiçik qığılcım yenidən böyük dövlətlərin toqquşmasına gətirib çıxara bilər”.


Politoloq deyib ki,  hazırda “kiçik qığılcım” Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə sayıla bilər:


“Digər “kiçik qığılcım” isə Çinin Tayvan adasını nəzarətə götürmək istəyi ola bilər. Rusiya və Çin isə özləri üçün təhlükəni təklənmələrində görürlər. NATO Rusiyaya qonşu olan dövlətlərin hesabına genişlənir, Çinin qonşuları isə Amerika ilə siyasi və hərbi ittifaqı gücləndirirlər. ABŞ prezidenti Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfərinin əsas məqsədi məhz Çinə qarşı siyasi və hərbi bloku gücləndirməkdir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...