Ukraynalı qadınlara daha bir əxlaqsız təklif: “müharibə fantaziyası” 

Ukraynalı qadınlara daha bir əxlaqsız təklif: “müharibə fantaziyası” 

Ukraynalı qadınların insan alverinin hədəfinə çevrilmələri ilə bağlı daha bir şok faktlar üzə çıxıb.


Sfera.az bildirir ki, bu dəfə İrlandiyadan gələn xəbər ölkəni ayağa qaldırıb. Belə ki, İrlandiyanın ən böyük onlayn fahişəlik saytı ukraynalı qadınlara “müharibə fantaziyası” kateqoriyasında "iş" təklif edib. Sayt bunun “ukraynalı qadınlarla əməkdaşlığın ən uyğun yolu” olduğunu iddia edərək əxlaqsız təklifə haqq qazandırıb. Saytın bu mübahisəli kateqoriyaya yer verməsi və istifadəçilərə təklif etməsi ölkədə böyük hiddətə səbəb olub.


İrlandiyada məşhur internet saytında “müharibə fantaziyası” təfərrüatının yer alması faktını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) insan alverinə qarşı mübarizə üzrə koordinatoru Valiant Riçey gündəmə gətirib. İrlandiyada keçirilən Milli Qadınlar Şurasının tədbirində çıxış edən mütəxəssis, son vaxtlar xüsusilə Avropada ukraynalı qadınlarla cinsi əlaqə üçün internet axtarışlarının artdığına diqqət çəkib. Riçey qadınların cinsi istismar təhlükəsi ilə üzləşdiyini xatırladaraq, ukraynalıların hər gün daha bir iyrənc tələ ilə qarşılaşdıqlarını vurğulayıb.


Sözügedən “müharibə fantaziyalarının” məşhur bir sayta daxil edilməsinin gələcəkdə təhlükəli nəticələrə səbəb ola biləcəyini qeyd edən Valiant, bəzi ölkələrdə ukraynalı qadınlar haqqında seksual fantaziya axtarışlarının son vaxtlar 7 dəfə artdığını əlavə edib. Onun gündəmə gətirdiyi bu hadisədən sonra İrlandiya mərkəzli internet saytı sosial media istifadəçilərinin hədəfinə çevrilib. Hadisəyə sərt reaksiya verən sosial şəbəkə istifadəçiləri saytdan bu bölmənin silinməsini istəsələr də, qarşı tərəf geri addım atmayıb.


Mütəxəssislərin fikrincə, saytın daha çox insan cəlb etmək üçün Ukraynadakı müharibədən “ilhamlanaraq” istifadəçilərə belə bir kateqoriya təklif etməsi dünyanın təhlükəli sosioloji dönüşdə olduğunun göstəricisidir. Ekspertlər düşünür ki, ukraynalı qaçqınlar məsələsi Avropa ölkələrinin ən mühüm problemlərindən birinə çevrilmək üzrədir. 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...