Lavrovun son çıxışının nəticələri: “ABŞ-a zərbə endirilir, Rusiya-İran əməkdaşlığı başlayır...”

Lavrovun son çıxışının nəticələri: “ABŞ-a zərbə endirilir, Rusiya-İran əməkdaşlığı başlayır...”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində İsrail dövləti və yəhudi millətinə qarşı qəbuledilməz fikirlər səsləndirib. Bu çıxışın məqsədyönlü şəkildə, məhz İsraillə münasibətlərin gərginləşdirilməsi məqsədi ilə edildiyi məlum olub.


Mövcud çıxışla bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Rusiyanın ABŞ-a arxadan zərbə endirdiyini deyib:


“Rusiya Suriyada İsrailə geniş imkanlar verdiyini hiss edərək onun əl-qolunu bir qədər bağlamaq qərarına gəlir. Beləliklə, Lavrovun “təhqir diplomatiyası” işə başlayır. Təcrübəli diplomatın istifadə etdiyi metod istənilən nəticəni verdi və Rusiya-İsrail münasibətləri ciddi şəkildə zədələndi. Bununla da  hadisədən sonra Rusiyanın Suriyada mövqelərini möhkəmləndirilməsinin və İsrail qırıcılarına qarşı hücumunu  məntiqi izahına şərait yarandı.


Rusiyanın Suriyada İsrailə qarşı atdığı addımı onun Amerika Birləşmiş Ştatlarının mövqeyinə arxadan vurulan zərbə kimi də qiymətləndirmək olar. Hamıya məlumdur ki, ABŞ qoşunlarını Yaxın Şərq regionunda azaltmaqla heç də oranı birdəfəlik tərk etmək məqsədi güdmür. İsrail eyni zamanda ABŞ-ın yerinə yetirdiyi funksiyanı burada həyata keçirir. Rusiya isə İsrailin hava hücumlarının qarşısını almaqla ABŞ-ın maraqlarını təhlükə altına salır”.


Politoloq Rusiyanın İranla əməkdaşlığa başladığına diqqət çəkib:


“Rusiyanın İsrail qırıcılarına qarşı əməliyyatlara başlaması İran faktoru ilə də əlaqələndirilə bilər. Çünki əldə edilən məlumatlara əsasən, Rusiya Suriyadakı bazalarında olan hərbçilərindən Ukrayna cəbhəsində istifadə etmək üçün onları geri qaytarır. Boş qalan mövqelər isə İran hərbçiləri tərəfindən tutulur. İran hərbçiləri isə İsrail qırıcı təyyarələrinə qarşı effektiv müdafiə həyata keçirə bilmir. Deməli, ruslar buraxıb getdikləri mövqelərdə yerləşən İran hərbi qüvvələrini İsrail hücumundan qorumaq üçün  S-300 –lərini İsrail qırıcılarına qarşı çeviriblər.


Rusiyanın bu addımı İran Silahlı Qüvvələri ilə əməkdaşlıqda yeni səhifənin açıldığına işarə edir. Rusiya ABŞ və onun maraqlarına qarşı dünyanın istənilən yerində və istənilən qüvvə ilə birlikdə mübarizə aparmaqda israrlı olduğunu qarşıya qoyur”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...