"İki könül bir olsa, samanlıq seyran olar" deyən bürclər - Onlar üçün pul vacib deyil

Hər kəsin həyatda prioritetləri fərqlidir. Bəziləri üçün sevgi vacib olsa da, bəziləri üçün çoxlu pul qazanmaq önəmlidir.
 

Sfera.az bu dəfə pula deyil, sevgiyə üstünlük verən bürcləri təqdim edir:


Tərəzi bürcü – münasibətlərində romantik tərəfləri ilə tanınırlar. Onlar birlikdə olduğu şəxsi adətən əl üstündə tuturlar. Bu bürcün nümayəndələri sevgi məsələsində çox şanslıdırlar. Heç gözləmədikləri anda həyatlarının eşqi ilə qarşılaşa bilərlər. Lakin onlar pul məsələsində şanssız olurlar. Nə qədər qazansalar da, istədikləri kimi bol pul əldə edə bilmirlər. Onlar üçün qapılar sonradan açılır. Amma tərəzilər sevgidə qazandıqlarına görə, pul üçün heyfslənmirlər.


Əqrəb bürcü – Sadiq və ehtiraslı tərəfləri hər zaman qarşıdakı şəxsin diqqətini cəlb edir. Onlar sanki sevgi üçün yaşayır. Əqrəb bürclərinin həyatında eşq heç zaman əskik olmur. Düzgün insanı tapacaqlarına inanırlarsa, heç kim onları dayandıra bilməz. Çalışmağa və pul qazanmağa önəm verirlər. Amma onlar üçün bu, sevgidən önəmli deyil. Bu bürcün nümayəndələri üçün eşq həyatlarının mərkəzində olur.


Dolça bürcü – enerjili, canlı, həyəcanlı tərəfləri ilə hər zaman diqqət mərkəzində olan insanlardır. Sosial ətrafına düşkün olan bu bürclər eşq həyatlarına da dəyər verirlər. Onlar həqiqətən də aşiq olurlarsa, gözləri pul görmür. Həmişə sevdiyi insanın arxasınca gedirlər. Gerçək sevgini tapanda pul onlar üçün ikinci planda qalır.


Balıq bürcü -  Onlar üçün sevib sevilmək və həyatı bir insanla paylaşmaq böyük önəm daşıyır. Bu bürclərin sevgisiz qaldığını düşünmək mümkün deyil. Balıqların xoşbəxt olması üçün həyatlarında həqiqətən sevdiyi bir insan olmalıdır. Onlara “eşq, yoxsa pul?” sualı verilərsə, düşünmədən eşqi seçərlər. Onsuz da bu bürclər sevgi tapmaq mövzusunda çox şanslıdırlar və pul ağıllarının ucundan belə keçmir.

 

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...