Zəncəfil çayı və duzlu su ilə müalicə... - Şimali Koreyada koronavirusa yoluxanlara ilginc tövsiyələr

Zəncəfil çayı və duzlu su ilə müalicə... - Şimali Koreyada koronavirusa yoluxanlara ilginc tövsiyələr

Şimali Koreya pandemiya ilə ənənəvi üsullarla mübarizə aparır.


Sfera.az bildirir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi tövsiyələr dərc edib. 


Belə ki, media orqanı COVİD-19-a yoluxub xəstəliyi ağır keçirməyənlərə zəncəfil çayı kimi bitki çayları içməyi məsləhət görüb. Eyni zamanda bəzi tədqiqatçıların duzlu suyun həm boğazda, həm də burunda soyuqdəyməyə səbəb olan viruslarla mübarizə aparması istiqamətindəki bilgiləri pandemiyaya da şamil edilib. Lakin virusun bu üsulla qarşısının alına biləcəyini göstərən heç bir elmi məlumat yoxdur. Elə bu səbəbdən də Şimali Koreyanın pandemiya ilə mübarizədə bu üsullara etibar etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 


Qeyd edək ki, Şimali Koreyada koronavirusa yoluxma sayı 2 milyona yaxınlaşıb. Son 24 saatda 262 min 270 nəfərdə yüksək hərarət əlamətləri müşahidə olunub, aprel ayının sonundan bu yana ölkədə yüksək hərarətli insanların sayı 1 milyon 980 min nəfərə yüksəlib.


Şimali Koreya keçən il Çinin qlobal peyvənd planı olan “Covax” çərçivəsində təklif etdiyi 3 milyon doza vaksini rədd etmişdi. Lakin sözügedən ölkə, bu yaxınlarda Çinin Şenyan şəhərinə üç boş təyyarə göndərdi. Təyyarələrin tibbi ləvazimatları götürərək ölkəyə qayıtması planlaşdırılır.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...