Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

Maqazin
01:35 / 20.05.2022
334
Dünya şöhrətli 34 yaşlı müğənni Rihanna ana olub.
Sfera.az xəbər verir ki, sənətçinin mayın 13-də repçi nişanlısı Eysap Rokidən (Rakim Mayers) oğlu dünyaya gəlib.
Müğənni hələlik ana olması barədə açıqlama verməyib.
Qeyd edək ki, alış-veriş zamanı çəkilən fotolardan ifaçının qızının olacağı iddia olunmuşdu. Müğənni hamiləlik dövründə övladının cinsiyyətini açıqlamağa hazır olmadığını və gender şənliyi təşkil etmək istəmədiyini bildirmişdi.