Dünyanın diqqət mərkəzindəki məhkəmə işində yeni iddia: Vəkili ilə eşq yaşayır 

Dünyanın diqqət mərkəzindəki məhkəmə işində yeni iddia: Vəkili ilə eşq yaşayır 

Hollivud ulduzu Conni Depp və Ember Hörd arasında davam edən məhkəmə müxtəlif hadisələrlə gündəmdə qalmağa davam edir. 
 

Sfera.az bildirir ki, bu dəfə Depplə vəkili arasında eşq yaşandığı iddia olunub. Belə ki, bir neçə gündür aktyorla onun hüquq qrupunda olan Kamilla Vaskesin fərqli münasibətdə olduğu bildirilib. 


ABŞ-da doğulub böyüyən, kolumbiyalı ailənin qızı olan, 37 yaşlı Vaskes əvvəllər dinləmələrdə yalnız davranışı və cəsarətli sualları ilə diqqət çəkib. Müvəkkili Deppi müdafiə edərkən ortaya qoyduğu dəlillər və Emberi tərlədən suallarla peşəsində çox iddialı olduğu bilinən vəkil  indi tamamilə fərqli bir səbəblə müzakirə obyektinə çevrilib.


Yayılan iddiaların güclənməsinə səbəb isə vəkilin ötən günlərdə jurnalistlərin sualına verdiyi reaksiya olub. Belə ki, dinləmələrin keçirildiyi Virciniya ştatının Fairfax şəhərindəki məhkəmə binasından çıxan Vaskes heç gözləmədiyi sualla qarşılaşıb. “TMZ” onlayn jurnalının müxbiri vəkilə, "İnsanlar sizin Conni Depplə eşq yaşayıb yaşamadığınızı bilmək istəyirlər” deyə söyləyib. Kamilla isə  buna dəqiq cavab verməyib, lakin qəribə təbəssümlə yoluna davam edib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR