Bakıda maraqlı sərgi keçirilir: 24 ölkədən 449 iştirakçı... – FOTOREPORTAJ

18 may tarixindən etibarən Bakıda 15-ci “Caspian Agro” kənd təsərrüfatı sərgisinə start verilib.
Sfera.az bildirir ki, ənənəvi olaraq kənd təsərrüfatı istehsal vasitələrinin tədarükçüləri, istehsalçılar, fermerlər və dövlət qurumları arasında təcrübə mübadiləsi, ünsiyyət və səmərəli tərəfdaşlıq platforması kimi özünü doğrultmuş “Caspian Agro” sərgisində 24 ölkədən 449 iştirakçı təmsil olunub.
Sərgidə fermerlərə müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumçuluq və tingçilik məhsulları, yemlər və yem əlavələri, suvarma sistemləri, istehsal xətləri və s. kimi yüzlərlə eksponat təqdim edilib. Bu ilki sərgi xüsusi “Smart Agro” konsepti ilə marağa səbəb olub.
Sərgidə 2010-cu ildən fəaliyyət göstərən "Greens Az" şirkəti və həmçinin də “Azorganik” Kənd Təsərrüfatı İstehsal- İstehlak Kooperativi təmsil olunub. Qeyd edək ki, “Azorganik” KTİİK-i hazırda təxmini 300ha innovativ bağlara sahibdir. "Greens Az" isə regionun ən dinamik inkişaf edən agro şirkətlərindən biri olmaqla yanaşı, geniş torpaq sahələrinə və inkişaf imkanlarına malikdir. Təşkilat eyni zamanda aqrobiznesdə maraqlı olan şirkətlər üçün konsaltinq xidmətləri də verməkdədir. Son illərdə şirkətin verdiyi konsultasiyalar nəticəsində sifarişçilərə 700 ha-dan yuxarı bağlar salınıb. “Greens Az” şirkəti Azərbaycanda ilk dəfə tropik və subtropik meyvə tinglərinin gətirilməsini və bağlarının salınmasını təşkil edir. Bu gün "Greens Az" Azərbaycanın ən iri agrotexniki şirkətləri ilə əməkdaşlıq etməkdədir. Şirkətdə 3 yerli, 8 xarici agronom, 50-dən çox supervayzer və digər texniki personal çalışmaqdadır. “Greens Az” şirkəti Azərbaycanda ilk dəfə tropik və subtropik meyvə tinglərinin gətirilməsini və bağlarının salınmasını təşkil edir.
Sərgidə bu il ağıllı ölçü və nəzarət mexanizmləri üzrə yeni şirkətlərin iştirakı müşahidə edilir. Bu tip texnologiyalar yaxın illərdə sektorun gələcəyini dəyişəcək texnologiyalar sırasında olacaq. Bu cür markalardan biri də Cognitive Agro Pilot stendində təmsil edilir. Agro Pilot ağıllı kameraları yeni nəsil kombaynlara quraşdırılır. Bu mexanizm süni intellektin köməyi ilə kombayn sürücülərinə gecə və pis görüntü şəraitində təhlükəsiz idarəetməni təmin edir.
Bundan başqa sərgidə qida məhsulları da yer alıb. Belə ki, “Beta-Tea” və “Azərşəkər”in də stendi qurulub və izləyicilər hər iki stendə maraq göstərib.
Fotolar: Anar Bayramlı