Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”
Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb.

Niderlandın "NRC” saytına müsahibə verən nazir Rusiya üzərində qələbə çalmaq üçün hansı məsələlərin həyata keçirilməsinin vacib olduğu haqqında söz açıb. 
Onun sözlərinə görə, Krım və Donbas daxil olmaqla işğal olunmuş ərazilərin azad olunması, təzminat ödənilməsi, hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərin mühakimə edilməsi, Ukraynanın Avropaya ineqrasiyasında yerinin möhkəmlənməsi zəruridir. Kuleba eyni zamanda qeyd edib ki, hər bir müharibə diplomatiya ilə bitir.  

Mövcud açıqlama ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov həm Rusiya həm də Ukraynanın bəyanatlar səsləndirməli olduğunu bildirib:

"Nazir deyib ki, istənilən halda Rusiya ilə danışıqlar olacaq. Ukrayna müharibəni bitirmək və işğal olunmuş torpaqları azad etmək şansı varsa, danışıqlar masası arxasında oturmağa hazır olduğunu bəyan edib. Ukrayna Xarici İşlər nazirinin istənilən müharibənin danışıqlar masası arxasında bitməsi haqqında fikirləri heç də yeni deyil. Lakin bu danışıqlar masasına gətirib çıxaran yolların asan olmadığı da məlumdur. Danışıqlar zamanı məğlub olan tərəf kimi çıxış etmək də heç zaman arzuolunan olmur. Əsas məsələ müharibədə qarşıduran tərəflərin tamamilə iflas olmasına çatmadan danışıqların başlanmasıdır. İndi həm Rusiya, həm də Ukrayna danışıqların yolunu bağlayan deyil, qapıları açmağa yardım edən bəyanatlar səsləndirməlidir.

İndiki halda Kuleba atəşkəsə nail olmağın tərəfləri qane edə biləcək şərtləri haqda bəyanat versəydi, daha məqsəduyğun olardı. Prioritet vuruşmanı dayandırmaq olmalıdır”.

Əzizə Zeynal 
Sfera.az



OXŞAR XƏBƏRLƏR