Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR
16:38 / 18.05.2022
3204
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.