“Instagram”da yenilik - Bundan sonra…

“Instagram”da yenilik - Bundan sonra…
Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. 
 
Sfera.az xəbər verir ki, platforma dəfələrlə hekayələr paylaşan istifadəçilər üçün "hekayə məhdudiyyəti” funksiyasını sınaqdan keçirməyə başlayıb. 
Şəbəkə üç hekayədən sonra bunun davamını izləmək istəyən istifadəçilər üçün "hamısını göstər” adlı seçim təklif edəcək.

Qeyd edək ki, "Instagram” hazırda istifadəçilərinə ardıcıl 100 hekayə paylaşmağa icazə verir. Yeni funksiyaya baxmayaraq, bu rəqəm dəyişməz olaraq qalır, lakin üç hekayədən sonra hamısını göstər düyməsini sıxmaq lazım gələcək və ya avtomatik olaraq növbəti şəxsin hekayələrinə keçiləcək.

Bu yolla istənilən istifadəçinin paylaşdığı dördüncü hekayənin baxış sayı az olacaq.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...