“Şorgözlük məsələsində kişilərin günahı yoxdur" - İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı

“Şorgözlük məsələsində kişilərin günahı yoxdur
Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı, İdonun anası Derya Tuna diqqətçəkən açıqlamalar verib.
 
Sfera.az bildirir ki, Tunanın qadın və kişi münasibətləri barədə fikirləri sosial mediada müzakirə obyektinə çevrilib. O, qonaq olduğu verilişlərin birində, "Məncə şorgözlük məsələsində kişilərin günahı yoxdur. Mən belə gözəl qadın görəndə dönüb ona baxıram”, deyə söyləyib.

D.Tuna fikirlərinə bu cür davam edib: "Xanımlar mənə əsəbiləşməsin,  amma qadın hərəkət etmirsə, kişinin edə biləcəyi heç bir şey yoxdur".

İbrahim Tatlısəslə tanış olduğu zaman qumarxanada səhnəyə çıxdığını deyən Derya Tuna Türkiyənin ilk modellərindən olduğunu da vurğulayıb. O, həmçinin ötən il Yasemin Şefkatli ilə evlənən oğlu İdo Tatlısəslə bağlı da danışıb: "Yaxşı ki, İdonun anasıyam. Gəlinimi isə qızım kimi sevirəm. Ona qaynanalıq etmirəm, etmərəm də”.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR