“Moskviç” yenidən istehsal olunacaq - FOTO

“Moskviç” yenidən istehsal olunacaq - FOTO
Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpriz bir dönüş etməyə hazırlaşır.
 
Sfera.az bildirir ki, Moskva meri Sergey Sobyanin "Renault”un paytaxtdakı avtomobil zavodunun "uzun və şərəfli tarixə” malik olduğunu bəyan edərək zavodu milliləşdirəcəklərini açıqlayıb.

"Moskviç” avtomobilləri zavodda sonuncu dəfə 20 il əvvəl istehsal edilib. "Moskviç” "Moskvalı” deməkdir. Sovet İttifaqında ilk dəfə istehsal edilən və dayanıqlı və ucuz minik avtomobili kimi dizayn edilən vasitənin hissələri Rusiya və Şərqi Almaniyada istehsal edilib.

Sovet İttifaqının dağılmasından sonra avtomobil istehsalçısı özəlləşdirilib və sonra müflis olub.

Rusiyada hələ də 200 min "Moskviç” qeydiyyatdadır. Avtomobillərlə bağlı məlumatları təhlil edən "Autostat”ın məlumatına görə, onlardan 46 min ədədinin yaşı 36-dan yuxarıdır.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR