Bahalıqdan şikayət edən Nurgül yay üçün kirayələdiyi evə sərvət ödəyəcək - FOTO

Bahalıqdan şikayət edən Nurgül yay üçün kirayələdiyi evə sərvət ödəyəcək - FOTO
Ötən aylarda Bodrumdakı restoranlarda qiymətlərin çox baha olması ilə bağlı sosial şəbəkədə etiraz dolu paylaşım edən aktrisa Nurgül Yeşilçay bu dəfə bahalı evi ilə gündəmə gəlib.
 
Sfera.az bildirir ki, aktrisa sevgilisi ilə birgə Marmaaranın Söğüt kəndində sezonluq olaraq ev kirayələyib. Aktrisanın ev üçün ödədiyi məbləğ isə eşidənləri təəccübləndirib. Belə ki, Yeşilçayın partnyoru Necati Kocabayla qalacağı mənzilə aylıq 50 min lirə verəcəyi bəlli olub. 

Məlumata görə, yayın böyük hissəsini burada keçirmək istəyən məşhur Bodrumun həm izdihamından, həm də bahalığından qurtulmaq üçün bu addımı atıb. Lakin onun bu addımı son qiymət şikayətindən sonra sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.  

Xatırladaq ki, şorbaya 132 lirə ödədiyini deyən aktrisa, "Ağını çıxarıblar. Bir qab şorba bu qiymətə dəyməz”, - deyə etiraz etmişdi.
 
Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR