NATO-dan Ərdoğanın çıxışına reaksiya: \"Türkiyənin narahatlığı aradan qaldırılmalıdır\"

NATO-dan Ərdoğanın çıxışına reaksiya: \
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına reaksiya verib.
 
Sfera.az bildirir ki, qurum rəsmisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb və bu barədə sosial media hesabından paylaşım edib. O, danışıqlar zamanı Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı qərarının müzakirə edildiyini bildirib: 

"Türkiyə dəyərli müttəfiqdir və təhlükəsizliklə bağlı narahatlıqlar aradan qaldırılmalıdır”. Stoltenberq "belə bir tarixi zamanda" birlikdə olmağın vacibliyini də vurğulayıb.

Digər tərəfdən, xarici işlər naziri Çavuşoğlu dünən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından sonra keçirdiyi mətbuat konfransında, "Terroru dəstəkləyən ölkələrin NATO müttəfiqi olmamasına inandığımız üçün bu mövqeyi tutmuşuq”, - deyə söyləyib, O, İsveç xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə keçirdiyi üçtərəfli görüşdə, eləcə də NATO toplantısında iki ölkənin terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyi gündəmə gətirdiyini bildirib.

Xatırladaq ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik", - deyə əlavə edib. Ölkə başçısı deyib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Ankaranı NATO-ya daxil olmaları ilə bağlı mövqeyini dəyişməyə əmin etmək üçün Türkiyəyə səfər etməkdən çəkinməməlidirlər. Ölkə başçısının sözlərinə görə, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR