Ukraynanı müdafiə edən cütlük “Azovstal”da belə öldürüldü - Azyaşlı oğulları ata-anasız qaldı
Media
22:42 / 16.05.2022
1589
Mariupol uğrunda döyüşlərdə Donbassdan olan gənc ər-arvad Alla və Vitali Taranovlar "Azovstal”da Rusiya hərbçiləri tərəfindən öldürülüb.
Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə "Azov” alayının komandiri Svyatoslav Palamar deyib:
"Bu ailə mənə çox yaxın idi. Taran Alla və Taran Vitali burada, Mariupolda öldülər. Onların azyaşlı oğulları atasız-anasız qaldı. İkisi də Krasnoqorovkadan idilər. 2014-cü ildə buradan gedib, "Azov” alayı yaradılandan isə könüllü olaraq gəlmişdilər. Alla kargüzar, Vitali isə maliyyə rəisi olub. Burada onlar mətbəxdə işləyirdilər. Sonra xidmətə yazıldılar. Vİtali döyüşlərin birində yaralansa da, xəstəxanaya getməyib, öz bölməsində qalmışdı”.
"Alla bərbər işləyib, manikür də edirdi. O ətrafdakı hər şeyin gözəl olmasını istəyirdi. Vitali də həmişə özündən çox başqaları haqda düşünürdü. Onun gözəl səsi var idi və çox gözəl oxuyurdu”, - Palamar qeyd edib.
S.Palamar bildirib ki, Vitali Taran aprelin 15-də həlak olub, mayın 8-də isə Rusiya ordusunun atdığı bomba Allanı da öldürüb.
Gülay
Sfera.az