Hindistanın qadağası buğda qiymətlərini daha da yüksəltdi

Hindistanın qadağası buğda qiymətlərini daha da yüksəltdi
Hindistanın buğda ixracına qadağa qoyma qərarından sonra buğda fyuçersləri son iki ayda ən yüksək tempə çatıb.
 
Sfera.az xəbər verir ki, ABŞ-da Çikaqo bençmark buğda fyuçersləri 6 faiz artaraq 12.47 dollar olub. Bu, son iki ayda görülən ən yüksək artım kimi dəyərləndirilib. Bununla da ilin əvvəlində olan buğda qiymətləri ilə indiki qiymət arasında 60 faiz fərq qeydə alınıb.

Xatırladaq ki, bu yaxınlarda Hindistan ərzaq təhlükəsizliyi riskinə görə buğda ixracını qadağan etmişdi. Dehli rəhbərliyi bu addımı ilə ilin əvvəlindən qlobal bazarlarda ən az 40 faiz artan buğda qiymətinə ölkə daxilində nəzarət etməyi hədəflədiyini açıqlayıb. Hindistan buğdasını əsasən qonşu ölkələr Banqladeş, Nepal və Şri-Lankaya ixrac edir.

Qeyd edək ki, dünya buğda ixracatında mühüm rolu olan Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik buğda tədarükünün mənfi təsirə məruz qalmasına, qiymətlərdəki yüksəliş təzyiqinin davam etməsinə, Ukraynadan buğda ixracının dayanmasına səbəb olub.

Rusiya-Ukrayna müharibəsi qlobal buğda tədarükünü artıq dayandırdığından, bir çox ölkə buğda kəsirini bağlamaq üçün gözlərini Hindistana dikib. Dünyanın ikinci ən böyük buğda istehsalçısı olan Hindistanda təsirli olan həddindən artıq istilər kənd təsərrüfatı sektoruna ciddi təsir edib və məhsuldarlığını təhlükə altına alaraq tədarük problemini daha da ağırlaşdırıb.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi son oxunuşda təsdiqləndi

Milli Məclis diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətlərinin müəyyənləşməsi məsələsini üçüncü oxunuşda təsdiqləyib.   Sfera.az ...

Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlər III oxunuşda qəbul edildi

Milli Məclis Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər edilməsi dəyişikliyini son oxunuşda qəbul edib.   Sfera.az xəbər verir ...

Əsgərliyin son yaş həddi endirildi - RƏSMİ

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.   Sfera.az xəbər verir ki, dəy...

Rusiya qəzada həlak olanların ailəsinə nə qədər təzminat ödəməlidir? - MƏBLƏĞ AÇIQLANDI

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir” raket sistemi tərəfindən vurulduğu məlum olub. Bu məlumatda...

Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlığa dair saziş ratifikasiya edildi

Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq genişləndirilir.    Sfera.az xəbər verir Milli Məclisin bu gün keçirilən iclasında “A...

Nazirlərin və komitə sədrlərinin qəbuluna getmək istəyənlərin NƏZƏRİNƏ!

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşl...