Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

 Qızıl ucuzlaşdı  - Dollarda isə bahalaşma...
Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır.

Sfera.az bildirir ki, qızılın ucuzlaşmasına dolların bahalaşması güclü təsir edib. Bu ilin əvvəlindən dolların kursunda yüksəliş baş verir və ötən müddətdə dollar 10 faizdən çox bahalaşıb. Dolların bahalaşması dəyəri onunla müəyyənləşən qızılın ucuzlaşmasına təsir göstərib.

Əgər dollarda bahalaşma davam edərsə, qızıl bir qədər də dəyər itirəcək.

Lakin qızılın dəyərinə sadəcə dolların məzənnəsi təsir etmir. Onun qiymətini həm də qızıla olan tələb müəyyənləşdirir. Adətən iqtisadi riskilər artdıqda və ya böyük regional müharibələr baş verdikdə qızıla tələb artır. Çünki bu vəziyyətlərdə investorlar qızılı ən təhlükəsiz, azriskli sərmayə aləti kimi görür.

Buna görə də qızılın dəyəri Rusiya-Ukrayna müharibəsinin gedişatından, NATO-Rusiya qarşıdurmasından, eyni zamanda yüksək qiymət artımları ilə əlaqədar proqnozlaşdırılan qlobal iqtisadi böhran ehtimalından asılı olacaq. Əgər hərbi-siyasi gərginlik bir qədər də artarsa, eyni zamanda dünyanın böyük iqtisadiyyata sahib ölkələrində yüksək inflyasiya səbəbindən böhran yaranarsa, o halda, qızıl bahalaşacaq.

Amma digər halları və dolların baha olmasını nəzərə alaraq proqnozlaşdıra bilərik ki, qızılın dəyərində yüksəliş gözlənilmir.

Qeyd edək ki, qızılın ucuzlaşması Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə mənfi təsir edir. ARDNF-in 101,8 ton xalis qızılı var və bu qiymətli metalın ucuzlaşması onun qızılda olan aktivlərinin dəyərini azaldır.

2022-ci ilin aprelin 1-də ARDNF-in qızılda olan aktivlərinin dəyəri 6,292 milyard dollar idi və cəmi aktivlərin 13,9 faizini təşkil edirdi. Aprelin 1-dən indiyə qədər qızıl 7,4 faiz ucuzlaşıb. Deməli, ARDNF-in qızılla olan aktivlərinin dəyəri də bu qədər azalıb.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Türkiyə Suriyanın neft-qaz bazarına girir - İki ölkənin sistemləri birləşdiriləcək

Türkiyə Suriyada neft və təbii qaz hasilatının artırılmasına, ixracın genişləndirilməsinə kömək etmək istədiyini bildirib.   Sfera.az “Bloomber...

Gələn ilin büdcəsi rekord səviyyəyə çatacaq - Müqayisə

2025-ci ildə Azərbaycanın müstəqillik tarixinin ən böyük ikinci dövlət büdcəsi icra ediləcək. Gələn ilin büdcənin gəlirləri 38 milyard 356 milyon manat, xərclər...

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi son oxunuşda təsdiqləndi

Milli Məclis diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətlərinin müəyyənləşməsi məsələsini üçüncü oxunuşda təsdiqləyib.   Sfera.az ...

“Azərbaycan Çeçenistandan heç bir yardımı qəbul etməyəcək!” - PA

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəs...

Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlər III oxunuşda qəbul edildi

Milli Məclis Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər edilməsi dəyişikliyini son oxunuşda qəbul edib.   Sfera.az xəbər verir ...

Əsgərliyin son yaş həddi endirildi - RƏSMİ

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.   Sfera.az xəbər verir ki, dəy...