Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi - VİDEO

Maqazin
12:45 / 16.05.2022
1628
Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.
Sfera.az xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında bildirib. Sənətçi hava limanından görüntülərini paylaşaraq Rusiyaya həyat yoldaşının yanına getdiyini deyib:
"Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".
Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.
//