Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

Gələcəkdə hamı bu
San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.
 
Sfera.az xəbər verir ki, cihaz eyni vaxtda qlükoza, spirt və qan dəyərlərinə nəzarət edə bilir.

Yeni tədqiqatın həmmüəllifi Cozef Vanq bildirib ki, yeni cihaz dəri üzərində tam laboratoriya kimi işləyir.

Üst-üstə yığılmış bir neçə qəpik ölçüsündə olan kiçik cihaz, insan saçının bir telinin eninin təxminən beşdə biri boyda olan kiçik iynələr zolağı ilə dəriyə yapışdırılır. Elm adamları bu iynələrin dəriyə çox yumşaq daxil olduğunu və hüceyrələrin ətrafındakı mayelərdəki molekulları aşkar etdiyini söyləyirlər.
Tədqiqatçılar deyirlər ki, qurğu bu sensorlardan insanların orqanizmində baş verənlər haqqında məlumat toplamaq və onu smartfon proqramına göndərmək üçün istifadə edir. Proses başa çatdıqdan sonra mikro iynə lenti çıxarıla və tullana bilər. Sonra onu təkrar istifadə edilə bilən və təkrar doldurulan elektron qurğu ilə əvəz etmək olar. 

Tədqiqatçılar avadanlığı idman edən, yemək yeyən və şərab içən 5 nəfər üzərində sınaqdan keçiriblər. Elm adamları daha sonra qan şəkərini, spirt səviyyələrini və qan laktatlarını ölçüblər. Cihazın ilk sınaqdan uğurlu çıxdığı deyilib.

Əzizə Zeynal 
Sfera.az





OXŞAR XƏBƏRLƏR