Rusiya “Avroviziya-2022” ilə bağlı kiberhücumlar təşkil edib
Media
12:02 / 16.05.2022
1309
Mayın 10-da keçirilən "Eurovision” (Avroviziya) mahnı müsabiqəsinin yarımfinalında və şənbə günü keçirilən finalda rusiyayönlü qrupların kiberhücumlarının qarşısı alınıb.
Sfera.az xəbər verir ki, bu barədə İtaliya polisi məlumat yayıb.
Məlumata görə, səsvermə prosesi və müsabiqə iştirakçılarının çıxışları zamanı "Killnet” haker qrupu, eləcə də ona bağlı olan "Legion” tərəfindən şəbəkə infrastrukturuna kiberhücumlar edilib.
ANSA xəbər agentliyinin məlumatına görə, mayın 11-də "Killnet” Senat, İtaliyanın yuxarı palatası və Milli Sağlamlıq İnstitutu (ISS) daxil olmaqla bir çox qurumun internet saytlarına da müdaxilə etməyə çalışıb.
Qeyd edək ki, Ukraynanı "Stefaniya” mahnısı ilə təmsil edən "Kalush Orchestra” qrupu bu il İtaliyanın Turin şəhərində 66-cı dəfə keçirilən Avroviziya mahnı müsabiqəsinin qalibi olub. Bu nəticə ilə Ukrayna 2004 və 2016-cı illərdən sonra üçüncü dəfə bu müsabiqənin qalibi olmağı bacarıb.
Əzizə Zeynal
Sfera.az