Hadisə "pomidor kraliçası" seçildi - FOTOLAR
Media
11:52 / 16.05.2022
1597
Türkiyəli müğənni Hadisə "pomidor kraliçası” seçilib.
Sfera.az bildirir ki, bu, Antalyanın Kumluca rayonunda keçirilən 23-cü Kənd Təsərrüfatı və İstixana Festivalı çərçivəsində keçirilən xalq konsertində baş tutub.
Adıçəkilən festival çərçivəsində hər il keçirilən kütləvi konsertlərə pandemiya səbəbindən 2 ildir fasilə verilmişdi. Bu il Kumluca Karatepe Stadionunda təşkil edilən tədbiri təxminən 10 min adam izləyib.
Konsert zamanı köhnə və yeni mahnılarını ifa edən Hadisə, "Gələcək siz gənclərin əlindədir. Nə istəsəniz, onu həyatınızda reallaşdırın. Bu axşam burada olduğum üçün çox şadam" deyə söyləyib.
Onun "pomidor kraliçası” seçilməsi isə sosial mediada müzakirə obyektinə çevrilib.
Türkan
Sfera.az