\"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir\" - Deputat iki məktəbin adını çəkdi

\
"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.
 
Sfera.az bildirir ki, bunu deputat Etibar Əliyev deyib. Millət vəkili qeyd edib ki, ümumtəhsil məktəblərinin özündə çalışan direktor müavinləri təyinatdan kənarda qalır:

"Boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinləri təyinat alırlar. Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur.  Konkret olaraq iki nümunə göstərəcəm. 210 nömrəli tam orta məktəbə 95 nömrəli  tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva birbaşa direktor təyin olunub. 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi bir ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyev birbaşa təyin olunub”.

E.Əliyev bildirib ki, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər təyinat almalıdırlar:

"Verilən məlumatlara görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə iştirak etməyiblər. Belə halların sayı çoxdur. Həmçinin qapalı və mübhəm direktor təyinatları geniş vüsət alıb”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...