Neftin qiymətləri
Cəmiyyət
09:31 / 18.08.2016
1502
Qiymətlər aprel ayından bu yana son dörd günlük yüksəlişdən sonra azalmağa başlayıb.
Dünya bazarlarında neftin qiyməti cüzi ucuzlaşıb.
Saat 09:00-a olan məlumata əsasən, Brent markalı neftin qiyməti 0,40% ucuzlaşaraq bir barelə görə 49,65 dollar olub.
WTI markalı neftin qiyməti də bu vaxta 0,13% azalaraq bir barelə görə 46,73 dollar təşkil edib.
Bununla belə, xam neftin qiymətləri son üç gün ərzində 10%, ayın əvvəlindən isə 16% dəyər qazanıb.