"Avroviziya-2022” mahnı müsabiqəsinin finalı - CANLI

00:25 / 15.05.2022
1843
İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico”da "Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilir.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli dünyanın ən böyük canlı musiqi tədbirində "Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək.
Sfera.az xəbər verir ki, Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı "Eurovision” mahnı müsabiqəsinin finalında 25 ölkənin təmsilçiləri yarışacaqlar. Həmin ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.