Baş nazirdən Dövlət büdcəsi ilə bağlı QƏRAR

Baş nazirdən Dövlət büdcəsi ilə bağlı QƏRAR
Nazirlər Kabineti "Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 10 yanvar 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda deyilir ki, "Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 24 dekabr 2021-ci il 24 dekabr tarixli qanunun icrasını təmin etmək məqsədilə "Dövlət büdcəsinin sair daxilolmalarının proqnozu” anlayışından "dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar” çıxarılsın.

Bundan başqa, dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmaların proqnozunun növbəti büdcə ilində dövlət büdcəsinə gözlənilən daxilolmaların məbləği müvafiq təkrar borc sazişlərinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) əsasında müəyyən edilməsinə dair bənd də mövcud qərardan çıxarılıb.
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...