Əfv Komissiyası bu gün müraciətlərə baxacaq

Əfv Komissiyası bu gün müraciətlərə baxacaq
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
 
Sfera.az xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
 
Əfv Məsələləri Komissiyasının bundan öncə keçirilən üç iclasında ümumilikdə 300-dən çox müraciətə baxılıb.
 
Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir. 
 
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
 

OXŞAR XƏBƏRLƏR