Rusiya XİN Rumıniyanın 10 diplomatını arzuolunmaz şəxs elan etdi

Rusiya XİN Rumıniyanın 10 diplomatını arzuolunmaz şəxs elan etdi
Moskva Rumıniyanın hərəkətlərinə cavab olaraq, ölkənin Rusiyadakı səfirliyinin on əməkdaşını "persona non-qrata” elan edib.
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

"Mayın 13-də Rumıniyanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Rumıniyanın Moskvadakı səfirliyinin on əməkdaşının arzuolunmaz şəxs elan edilməsi barədə nota təqdim edilib”, – deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyindən qeyd olunub ki, bu tədbir Rumıniyanın aprelin 5-də 10 rus diplomatını ölkədən çıxarmaq qərarına cavab addımı olub.

"Moskva Rumıniya tərəfinin Ukraynada baş verən hərbi cinayətlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdlərini rədd edir və Buxarestin milli batalyonların mülki əhaliyə qarşı törətdikləri özbaşınalıqlara bəraət qazandırmasını, eləcə də Kiyevdəki rejimə silah, texnika tədarükünü və digər yardımların edilməsini qınayır”, – deyə nazirliyin mesajında vurğulanır.
 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...