ADU-nun ispandili mərkəzinin yaradılmasının 10 illiyi qeyd edildi - FOTOLAR

ADU-nun ispandili mərkəzinin yaradılmasının 10 illiyi qeyd edildi - FOTOLAR
Mayın 13-də Azərbaycan Dillər Universitetində (ADU) ADU-nun İspan dili mərkəzinin yaradılmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. 

Sfera.az  xəbər verir ki, tədbirdə ispandilli ölkələr Argentina, Kuba, Venesuela, Kolumbiya, İspaniya, Meksika, Çilinin ölkəmizdə fəaliyyət göstərən səfirləri, eyni zamanda bir sıra digər qonaqlar iştirak edib. 

ADU-nun İspandili mərkəzinin tələbələri tədbir iştirakçılarına ispandilli ölkələrin müxtəlif milli rəqslərini sərgiləyib. Bundan başqa maraqlı səhnəcik və musiqi kompozisiyaları da təqdim edilib.  

ADU-nun İspan dili mərkəzinin rəhbəri Mədətova Nərgiz saytımıza açıqlamasında bildirib ki, mərkəz 2012-ci ildə İspaniyanın ölkəmizdəki səfirliyi ilə ADU Universitetinin müqaviləsi əsasında yaradılıb:

"İspan dili mərkəzinin müxtəlif fəaliyyət istiqamətləri var. Mərkəz həm də kitabxana kimi fəaliyyət göstərir. Belə ki, mərkəzin kitabxanasında 690-dan çox kitab və jurnal resursları var. 

Hər həftənin 5-ci günü xarici qonaqların iştirakı ilə danışıq klubları təşkil edilir. Bundan başqa müxtəlif tədbirlər də təşkil edirik. İspan dili mərkəzi Azərbaycanda yeganə mərkəzdir ki, burada ispan dilindən səviyyə imtahanları keçirilir”. 

Tədbir ilə bağlı təəssüratını bölüşən "Qafqaz-İberoamerika Düşüncə Mərkəzi”nin direktoru Mahir Qurbanov isə deyib ki, Azərbaycan ilə ispan dilli ölkələr arasında əməkdaşlıq hazırda çox mühümdür: 

"Hal-hazırda Azərbaycançılıq ideologiyası dünyada tanınır. Bütün həmyerlilərimiz müxtəlif ölkələrdə yaşayaraq fəaliyyət göstərərək lobbiçilik fəaliyyətləri davam etdirirlər. Bildiyimiz qədərilə də ispan dilli ölkələrdə də bu proses gedir. 

Hazırda təqdirbən 18 ispan dilli ölkə var və bütün bu ölkələrdə Azərbaycanın təbliğatı aparılmalıdır. 

Biz də bu gün keçirilən təbdirdə iştirak etdik, çox sevindik. "Qafqaz-İberoamerika Düşüncə Mərkəzi” olaraq bu tədbirdə iştirak edərək öz fikirlərimizi bölüşdük. Burada fəaliyyət göstərən Kolumbiya, Venesuela, Argentina, Meksika, Çili, Kuba, İspaniya səfirliklər ilə də görüşdük. Onlar ilə fikir mübadiləsi apardıq. Gələcək layihələr haqda da fikir mübadiləsi apararaq detalları müəyyənləşdirdik. 

Mərkəz olaraq düşünürük ki, belə tədbrilərin  çox olması, ispandilli ölkələrdə Azərbaycanın təbliğatı, Azərbaycançılıq ideyası üçün önəmlidir. " Qafqaz-İberoamerika Düşüncə Mərkəzi”in əsas mexanizmi ispandilli ölkələrdə Azərbaycan reallıqlarını, xüsusilə də Qarabağ həqiqətlərini təbliğ etməkdir”. 

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...