"Azərbaycanın ən yaraşıqlı kişisi" iş axtarır: "Sahənin fərqi yoxdur..."
Media
13:45 / 13.05.2022
2007
Bir vaxtlar "Azərbaycanın ən yaraşıqlı kişisi" kimi təqdim edilən tanınmış model, aktyor Rüstəm Cəbrayılovun son paylaşımı təəccübləndirib.
Sfera.az bildirir ki, model daimi iş axtardığını qeyd edib. "Bildiyiniz bir vakansiya olsa, xəbər edin. Bir çox yerə CV göndərdim, baxan olmadı. Sahənin fərqi yoxdur, əlimdən çox iş gəlir”, deyə Cəbrayılov paylaşımına əlavə edib.
Qeyd edək ki, bundan öncə model ölkədəki vəziyyətdən gileylənmişdi.
"Nə edək, biz də indi aylıq maaşı olan bir iş tapıb 16 il çəkdiyimiz əziyyətin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq? Mədəniyyət nazirliyinə də yazmışam, kiçik bir qığılcım belə yoxdu. Teatra işə girmək çox çətindir. Bacarmırsınız, çəkilin qırağa ya da bacaranlara şərait yaradın bir iş görək, ömürdən gedir axı. Bu qədər lağlağa olar? İndi 35 yaşım var, maraqlıdır, hansı dövlət qurumu məni işə qəbul edər? Onu bilirəm ki, nifrətim hər keçən gün güclənir”, deyə o söyləmişdi.
Türkan
Sfera.az