“Orxanın potensialını kulinariyaya sərf etməsini istəməzdim" - Tanınmış aparıcı
Media
10:45 / 13.05.2022
881
"Orxanın kinoya, ədəbiyyata sevgisini və istedadını bilən birisi kimi, potensialını kulinariyaya sərf etməsini istəməzdim”.
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı İlhamiyyə Rza, həmkarı Orxan Fikrətoğlunun Milli Kulinariya Mərkəzinin baş direktoru təyin olmasına münasibət bildirərkən deyib.
"Ümumiyyətlə, ha düşünürəm, cavab tapa bilmirəm ki, Orxan orda nə edəcək axı? Məncə ona kinostudiya və ya televiziya kanalı verilməli idi. Tahir Əmiraslanova görə isə üzülmürəm, çünki o, elə kulinariyada qalacaq və yenə öz əvəzsiz töhfələrini verəcək. Ətrafında peşəkarlardan ibarət gözəl komandası, dünyaca şöhrəti var. O qəbil insanlardandır ki, vəzifə onu yox, o vəzifəni dəyərə mindirirdi”, - deyə aparıcı əlavə edib.
Xatırladaq ki, 11 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.
Türkan
Sfera.az