Qazini döyən şəxs cənnətdə 420 minə torpaq "alıbmış" - TƏFƏRRÜAT

Qazini döyən şəxs cənnətdə 420 minə torpaq
Qarabağ qazisi Ceyhun Məhərrəmovun mayın 3-də evinin girişində bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı təfərrüatlar məlum olub.
 
Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, C. Məhərrəmovun hadisə barədə polisə şikayət etməsindən sonra məlum olub ki, davaya gələnlər arasında Zaur Abdullayev və qardaşı Faiq Abdullayev də olub.

Onlar bir neçə ay öncə ayır-ayrı şəxslərə qarşı xuliqanlıq əməlləri törətmələri və təhdid etdikləri üçün Xətai rayon Baş Polis İdarəsində inzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək cərimələniblər.

Faiq Abdullayevin adı mətbuata "Şaurma N1”in şəriki Aqil Babayevin işindən məlumdur. Faiq Abdullayev iddia edir ki, Aqil Babayev ona 420 min manat müqabilində cənnətdə torpaq vəd edib.

Ceyhun Məhərrəmovun dediyinə görə döyülməsinin səbəbi "Şaurma N1”in şəriki Aqil Babayevin cinayət işi üzrə şahid qismində verdiyi ifadədir. Belə ki, "Şaurma N1” restoranın VÖEN-i və patent hüququ Ceyhun Məhərrəmovun adına olub. O, istintaq zamanı əsl həqiqətləri bildirərək şəriklərinin Natiq Sadıqov və Aqil Babayev olmasını təsdiqləyib. Bundan sonra bu cinayət işində saxta zərərçəkmişlər birləşərək Ceyhun Məhərrəmovun ifadəsini geri götürməsini ilk öncə pul qarşılığında istəsələr də, razılaşmadığı üçün onu döyərək təhqir ediblər. Bu hadisə ilə bağlı DİN "102 qaynar” xəttinə məlumat verilib. Hal-hazırda 36-cı polis bölməsində tədqiqat aparılmasına baxmayaraq, xuliqanlıq hadisəsini törətmiş şəxslər şahidləri təhqir və təhdid etməkdə davam edirlər.

OXŞAR XƏBƏRLƏR

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...