Van Dammın oğlundan romantik paylaşım: "Heç bilmədim ki, tunelin sonunda..." - FOTO

15:48 / 12.05.2022
2104
Azərbaycanlı xanımla evlənən Van Dammın oğlu Kris Van Damm romantik paylaşımı ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, Kris sosial media hesabında həyat yoldaşı-azərbaycanlı pianoçu Suada Hacızadənin fotosunu paylaşaraq onunla bağlı fikirlərini bölüşüb.
"Bütün yaşadıqlarımdan sonra heç bilmədim ki tunelin sonundakı işıq sən olacaqsan ”, - deyə Kris əlavə edib.
Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıb. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub.