Dollar kəskin bahalaşdı - Məzənnə son 20 ilin ən yüksək səviyyəsinə çatıb

Dollar kəskin bahalaşdı - Məzənnə son 20 ilin ən yüksək səviyyəsinə çatıb
Beynəlxalq birjalarda ABŞ dollarının məzənnəsi bu gün bir qədər də bahalaşaraq son 20 ilin ən yüksək səviyyəsinə çatıb. 

Sfera.az xəbər verir ki, dolların dünyanın aparıcı 6 valyutasına qarşı ortaq məzənnəsini göstərən Dollar İndeksi 104,5 həddini keçib. İndeksin sonuncu dəfə belə yüksək həddə qalxması 2002-ci ilin sonlarında müşahidə edilib. 

Dollarda bahalaşma son bir ildə yenindən güclənib. Hazırda dollar bir il əvvəlki tarixlə müqayisədə 16 faiz bahadır.

Dolların bahalaşmasını avro/dollar məzənnəsindəki dəyişiklikdən də görmək olar. Bir il əvvəl avro/dollar kursu 1,22 olduğu halda hazırda 1,04-dür. Başqa sözlə, bir il əvvəl 100 avroya 122 dollar almaq mümkün olduğu halda, hazırda 104 dollar almaq mümkündür.
 
Qeyd edək ki, dolların bahalaşması ABŞ Mərkəzi bankının (FED) faizləri artırması ilə bağlıdır. 

Gözlənilir ki, qarşıdakı aylarda da dollarda bahalaşma davam edəcək. Çünki FED dövriyyədə dollarla olan pul kütləsini azaltmağa çalışacaq. FED 9 trilyon dollar olan balansını 4 trilyon dollara qədər azaltmağı planlaşdırılır. Balansın kiçildilməsi dolların miqdarını azalmasına səbəb olacağından bu valyutanın bir qədər də bahalaşması ehtimalı güclüdür. (Gundem.az)
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...