Azərbaycanda pensiya yaşı azaldılacaq? - “Bu ildən etibarən…”

Azərbaycanda pensiya yaşı azaldılacaq? - “Bu ildən etibarən…”
"65 yaşda pensiyaya çıxan insana pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir”.
 
Sfera.az xəbər verir ki, bunu iqtisaçı-ekspert Eldəniz Əmirov bildirib. Ekspert pensiya ala bilmədən dünyasını dəyişən şəxslər barədə danışıb:

"2002-ci ildə əmək qabiliyyətli əhali arasında  11 588 nəfər ölmüşdüsə, 2020-ci ildə 27 991 nəfər dünyasınını dəyişib. Bu, pensiya almadan ölənlərin təxminən 150% artması deməkdir. Bunun bir neçə səbəbi olsa da, əsas səbəb pensiya yaşının artırılmasıdır. Çünki 2009-cu ilə qədər əmək qabiyyətli əhali olaraq kişilər 15-61 yaş, qadınlar 15-56 yaş arası hesab olunurdu. Amma 2020-ci ildə bu yaş həddi kişilər üçün 15-64, qadınlar üçün 15-61,5 yaş hesab edilirdi. 

Burada koronavirusun yaratdığı "ölüm dalğasının” da rolu vardı. Lakin virusun ölüm dalğasından əvvəl, 2019-cu ildə əmək qabiliyyətli kateqoriyaya daxil olan 19 000-ə yaxın insan ölüb. 

Göründüyü kimi, pensiya yaşı artırıldıqca pensiya almadan ölənlərin sayı kəskin artır. Bu artım illər üzrə bərabər qalxmır, artan hər pensiya yaşına ölüm daha çox artır. Məsələn, pensiya yaşını 55-dən 56-ya  qaldıranda əvvəlki illə müqayisədə təxminən 300 nəfər daha çox ölüm olursa, 65-yaşdan 66 yaşa qaldıranda ölüm sayı 300 yox, 1000 artır.  Bu, təxminən həmin sayda insanın pensiya hüququndan istifadə edə bilmədən dünyasını dəyişməsi deməkdir”. 

Eldəniz Əmirov pensiya yaşının azaldılmasının real olmadığını da sözlərinə əlavə edib. Mütəxəssis 2027-ci ilədək belə bir dəyişikliyin olmasını real saymayıb:
"Pensiya yaşının azaldılması ilə bağlı son günlər Milli Məclisdə olan müzakirələr müsbət hal olsa da, reallaşdırılması gözlənilən deyil.  Ona görə ki, 2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Belə ki, "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb 65-ə çatdırılması nəzərdə tutulub. Hazırda kişilərin pensiya yaşı 65 olub, qadınların pensiya yaşı isə 62 il 6 aydır. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə qadınlar üzrə 63 il olacaq.

Beləliklə, azalan hər pensiya yaşı əlavə xərc, artan hər pensiya yaşı isə qənaət deməkdir. Odur ki, yaxın vaxtlarda pensiya yaşının azalması ilə bağlı addımın atılacağı gözlənilən deyil.  O ki qaldı, 65 yaşda pensiyaya çıxan insanın toplanmış pensiya vəsaitinin 144-ə bölünərək 12 il pensiya alacağını hesab etməyə, bunu da bir mənalı qarşılamaq çətindir”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...