Həştərxandan Bakıya birbaşa təyyarə reysi açılır: Həftədə 2 dəfə uçuşlar olacaq

Həştərxandan Bakıya birbaşa təyyarə reysi açılır: Həftədə 2 dəfə uçuşlar olacaq
Bu ilin iyununda Rusiyanın Həştərxan şəhərindən Bakıya birbaşa təyyarə reysi açılacaq.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumatı Həştərxan Vilayənin qubernatoru İqor Babuşkin verib.

Quberdanor "Teleqram” səhifəsində yazıb ki, uçuşlar həftədə iki dəfə Rusiyanın "Azimut” aviaşirkəti tərəfindən həyata keçiriləcək.

O qeyd edib ki, Azərbaycan Həştərxan vilayəti üçün Xəzər regionunda əsas tərəfdaşlardan biridir:
 
"Biz ikitərəfli ticarəti inkişaf etdiririk. Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Bakıda Həştərxan vilayətinin brend mağazalarını açmaq üçün işləyirik.
2021-ci ilin dekabrında Bakıda açılan Həştərxan biznes mərkəzi artıq Azərbaycanda biznes tərəfdaşları tapmaqda Həştərxan iş adamlarına böyük kömək olub. Biz sənaye kooperasiyası çərçivəsində gəmiqayırma sahəsində əməkdaşlığa açığıq, kiçik quru yük gəmiləri, kimyəvi daşıyıcılar, bərə və tankerlər inşa etməyə hazırıq".

Qubernatorun fikrincə, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində daha bir addım Həştərxan və Bakı arasında qardaşlaşma haqqında saziş olmalıdır. O qeyd edib ki, bununla bağlı sənəd təsdiqlənmə mərhələsindədir. Bundan əlavə, o deyib ki, Həştərxan vilayəti ilə Abşeron rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...