Böyük uğurlar qazananların çoxu uşaqlıq travması yaşayanlardır - "The Times" yazarlarından iddia

Böyük uğurlar qazananların çoxu uşaqlıq travması yaşayanlardır -
"The Times" qəzetinin iki yazarı Alis Tomson və Raçel Silvester birlikdə yazdıqları kitabda siyasət, idman, incəsənət və iş dünyasında bir çox tanınmış adların uşaqlıq travması yaşadıqlarını və buna görə uğur qazandıqlarını iddia ediblər.
 
Sfera.az kitabda həmin nümunələr təqdim edilib.

Belə ki, 1721-ci ildən bəri Britaniyada xidmət etmiş 55 baş nazirin yarısı uşaqlıqda valideynini itirib. İndiki baş nazir Boris Consonun 10 yaşı olanda anası 8 ay yoxa çıxıb və o, tapıldıqdan sonra psixiatriya klinikasına yerləşdirilib. Bu vəzifəni Consona təhvil verən keçmiş baş nazir Tereza Mey 20 yaşının bir neçə ayı ərzində həm anasını, həm də atasını itirib. 

Eyni şey ABŞ prezidentlərinə də aiddir. 45 prezidentdən 12-si uşaqlıqda valideynini itirib. Bill Klintonun atası o dünyaya gəlməmişdən əvvəl vəfat edib. Obamanın 2 yaşı olanda atası evi tərk edib. Cənubi Afrika Respublikasının lideri Nelson Mandela 12,  Fransa imperatoru Napoleon 16 yaşında olarkən atasını itirib.

Yamayka əsilli İngiltərə millisinin futbolçusu Rahim Sterlinq atası öldürüləndə 2 yaşında idi. Anası futbolçunu və böyük bacısını Yamaykada qoyub işləmək üçün İngiltərəyə getməli olub. Onun 5 yaşı olanda anası uşaqlarını da özü ilə aparıb.

Şotlandiyada 1996-cı ildə bir şəxs "Dunblane” ibtidai məktəbinə hücum edərək 16 şagird və bir müəllimi öldürüb. Qətliamdan sağ çıxanlar arasında hadisə zamanı başqa sinifdə gizlənən məşhur şotlandiyalı tennisçi Endi Murrey də var idi. Həm Con Lennon, həm də Pol Makkartni analarını gənc yaşlarında itiriblər.

Günay Rəsulqızı
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...