Rusiyada bu avtomobillərin satışı kəskin azalıb

Rusiyada bu avtomobillərin satışı kəskin azalıb
Bu ilin aprelində Rusiyada yeni minik avtomobillərinin və kommersiya təyinatlı yüngül avtomobillərin satış sayı 32,7 min ədəd olub.

Sfera.az xəbər verir ki, 2022-ci ilin aprelindəki satış miqdarı ötən ilin eyni ayı ilə müqayisədə 78,5 faiz azalıb. Ötən ilin aprelində 152,1 min ədəd avtomobil satılmışdı.

Rusiyada bütün avtomobillərin satışı isə 43 faiz azalaraq 293,8 minə enib. Bir il əvvəl ölkədə 515,4 min avtomobil satılmışdı.


Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR