Ermənistandakı aksiyalar Qarabağa sıçrayır?

Ermənistandakı aksiyalar Qarabağa sıçrayır?
Bir neçə müddətdir ki, Emənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr İrəvan və Ermənistanın digər rayonlarında etiraz aksiyaları təşkil edir. Artıq heç kəsə sirr deyil ki, onlar kütləvi aksiyalar təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək, N.Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməyə cəhd göstərirlər.  

Ermənistanda hazırda baş verən siyasi proseslər 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Köçəryanın Levon Ter-Petrosyanın istefasına nail olmaq və hakimiyyəti mənimsəmək ssenarisi ilə eynilik təşkil edir. Ancaq R.Köçəryan-S.Sarkisyan cütlüyünün hazırda niyyətinə çatacağı inandırıcı deyil.

Məsələ ondadır ki, erməni xalqı 20 ildən artıq bir dövrdə R.Koçaryan-S.Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır. Son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. Təsadüfi deyil ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır. Digər yandan hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur.

Etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəllidir. Məhz buna görə indi bütün cəhdlərə baxmayaraq, onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazımi kontingenti çıxartmağa və onları hakimiyyətə qarşı səfərbər etməyə nail ola bilmədilər.

Ermənistanda baş verən etirazlar fonunda dünən Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Xankəndi şəhərində baş verən atışma diqqət çəkir. Məsələ ondadır ki, general Samvel Karapetyan Xankəndinin mərkəzində 4 Gəncə odlu silahdan atəş açıb. Məlum olduğu kimi, Karapetyan S.Karapetyanın erməni millətçilərinin 1988-ci ildən Azərbaycan ərazilərində başladığı  terror siyasətinin fəallarındandır. Bu şəxs hərbi əməliyyatlarda fəallığı və qəddarlığı ilə seçilib.

Robert Koçaryanın sağ əlləri olan Samvel Karapetyan 2008-ci il martın 1-də Ermənistanda 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin gülləbaran edilməsinə birbaşa rəhbərlik edib. Onun Paşinyan hakimiyyətinə qarşı hər zaman fəallığı ilə seçilib. Bu mənada onun Xankəndidə 4 Gəncə odlu silahdan atəş açması təsadüf deyil. Mümkündür Robert Köçəryan yaxın ətrafı vasitəsilə Arutunyandan mövqe nümayiş etdirməyi tələb edib. Görünür Arutunyanın Köçəryana dəstək verməyib ki, Karapetyan belə bir addım atıb.  Karapetyan tərəfindən açılan atəş həm də separatçılar arasında da vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir.
R.Koçaryan, S.Sarkisyan, S.Karapaetyan və onlar kimilər unudurlar ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Bu gün onların hansısa ssenarini gerçəkləşdirmək və yenidən hakimiyyəti mənimsəmək şansları sıfra bərabərdir. Onlar bu və ya başqa formada hakimiyyəti ələ keçirsə belə Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq və Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...